Ətirlər necə yayıldı?

Videonun alt yazısı, Ətirlər necə yayıldı?
Ətirlər necə yayıldı?
Çap edildi

Hamımız xoş ətir saçmaq üçün ətir vurmağı sevirik.

Xoş qoxulardan və müşkdən istifadə tarix boyu müxtəlif mədəniyyətlərdə, sivilizasiyalarda və cəmiyyətlərdə mövcud olsa da, müasir parfümeriya sənayesinin mərkəzi Fransa hesab olunur.

Belə ki, Fransanın Qras şəhərində dəri və əlcək istehsalı ilə məşğul olurdular.

Dərinin emal edildiyi, "dabbaqxana" adlandırdığımız yerlərdən çox pis qoxular gəlirdi.

Bu xoşagəlməz qoxuları aradan qaldırmaq məqsədilə bölgədə parfümeriya sənayesi inkişaf etməyə başladı.

XVII və XVIII əsrlərdə fransız aristokratiyası arasında ətirdən istifadə böyük dəbə çevrildi.

Bu dəb Fransadan bütün dünyaya yayıldı və Fransa parfümeriya modasının mərkəzinə çevrildi.

Bununla belə, bir çox mədəniyyətdə həddindən artıq ətir vurmaq nəzakətli davranış hesab edilmir.

Çünki hər ətirin qoxusu, ümumiyyətlə, süni qoxular hər kəsin xoşuna gəlməyə bilər.