“Sülh körpüsü” görüşləri yenidən başladı
Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri yenidən Ermənistana səfər edib.
Bu, "Sülh körpüsü" adlanan təşəbbüs çərçivəsində keçirilən beşinci görüşdür.
Noyabrın 26-da başlayan görüş iki günlük nəzərdə tutulub.
Azərbaycan nümayəndə heyəti Ermənistana getmək üçün sərhədin delimitasiya olunmuş hissəsindən keçiblər.
Tədbirin iştirakçıları Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla da görüşüblər.
Vətəndaş cəmiyyəti arasında təmaslar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqton görüşündən sonra başlayıb.
Həmin vaxtdan etibarən Azərbaycan və Ermənistan hökumətlərinin təşkil etdiyi səfərlərdə vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər edib, bir neçə dəfə görüşüblər.
Bu görüşlərlər bir müddət dayanmışdı.
Bu ilin sentyabrında Azərbaycan tərəfinin xarici diplomatları Ağdərə və Kəlbəcərə aparmasından sonra tərəflər bəyanatlar verilməklə gərginlik yaranmışdı.
Ermənistandan Prezidentin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlara məbəddəki eksponatları göstərməsinə tənqidlər səslənmişdi. Azərbaycan tərəfi tənqidləri əsassız və daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdi.
Bundan sonra görüşlərin dayandığı elan edilmişdi.
İndiyədək "Sülh körpüsü" təşəbbüsü çərçivəsində ümumilikdə beş görüş keçirilib.
Onlardan ikisi 2025-ci ildə baş tutub. Son görüş də daxil olmaqla, 2026-cı ildə isə üç görüş keçirilib.
Rəsmi məlumatlara görə, görüşlərin gündəliyində Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi yer alır.
Tərəflər Azərbaycan-Ermənistan sülh prosesinin gedişini, qarşılıqlı etimadın artırılması imkanlarını, iqtisadi əməkdaşlığı, nəqliyyat marşrutlarını və humanitar məsələlərini də müzakirə edirlər.
Bildirilir ki, görüşlərin məqsədi ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa təmaslara nail olmaqdır.



