Putinin reytinqi 90 faizə yaxınlaşıb

Rəy sorğuları Putinin reytinqinin Rusiyada artdığını göstərir

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Rəy sorğuları Putinin reytinqinin Rusiyada artdığını göstərir

Levada sosioloji təhlil mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Rusiya prezidenti Vladimir Putinin reytinqi iyun ayında 90 faizə yaxınlaşıb.

Sorğuda iştirak edənlərin 89 faizi prezidentin fəaliyyətini dəstəkləyir, 10 faiz Putinin hərəkətlərinin əleyhinədir və 1 faiz isə bu suala cavab verməkdən imtina edib.

Baş nazir Dmitri Medvedev və hökumətin fəaliyyəti sorğuda iştirak edənlərin üçdə ikisi tərəfindən rəğbətlə qarşılanır, Dövlət Dumasına münasibətdə isə soruşulanların yarısından çoxu müsbət rəy veriblər.

Aprel və may aylarında Putinin prezident kimi fəaliyyətini rusiyalıların 86 faizi, yanvarda isə 85 faizi dəstəkləyirdi.

2014-cü ilin iyun ayında onun reytinqi 86 faiz, 2013-cü ilin iyununda 63 faiz, 2012-ci ilin iyununda isə 64 faiz təşkil edirdi.