Bakı Avropa İttifaqı ilə sadələşdirilmiş viza istəyir
Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsini istəyir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bunu litvalı həmkarı Kestutis Budrislə birgə Bakıda keçirdiyi mətbuat konfrasında deyib.
Ceyhun Bayramov deyir ki, hazırda Azərbaycan Avropa İttifaqı üzv ölkələri üçün asanlaşdırılmış visa rejimi tətbiqi edir, amma bütün məhdudiyyətlərin aradan qaldırılmasına hazırdırlar.
Onun sözlərinə görə, 2027-ci ildən Litvanın Avropa İttifaqı Şurasına prezidentliyi viza liberallaşması gündəliyinin irəli aparılması üçün yaxşı fürsətdir.
Ceyhun Bayramov xatırladıb ki, Azərbaycan son illərdə bir sıra ölkələrlə qarşılıqlı viza ləğvi siyasəti aparıb və bu, müsbət nəticələr verib.
Litvanın xarici işlər naziri Kestutis Budris deyib ki, Azərbaycanla konkret nəticələr əldə etmək istədikləri istiqamətlərdən biri viza rejiminin sadələşdirilməsidir.
O deyib ki, bu istiqamətdə müvafiq hüquqi prosesləri işə salmaq lazımdır.
Azərbaycan pasportu Henley Passport Index 2026 reytinqində 67-ci yerdədir və vətəndaşlarına 70 istiqamətə vizasız, elektron viza və ya sərhəddə viza ilə səyahət imkanı verir.



