Rusiya: Batan gəminin qurbanlarının sayı 62-ə çatdı

Şəklin mənbəyi, RIA Novosti
Çap edildi
Aprelin 2-də qəzaya uğrayaraq batmış Rusiya trauleri “Dalniy Vostok”un itkin düşən daha 5 dənizçisi həlak olmuş hesab edilib.
Beləliklə, bu gəmi qəzasında ölənlərin rəsmi sayı 62-ə çatıb.
Sözü gedən 5 nəfər Saxalin adasının sakinləri olublar.
Bu arada Oxot dənizində batmış gəminin heyətindən daha bir nəfərin cəsədi sudan çıxarılıb.
Gəminin göyərtəsində olan 132 nəfərdən 63 nəfəri sağ qalıb.




















