Britaniya kəşfiyyatı: Google və Facebook-un izlənilməsi leqaldır

Şəklin mənbəyi, Reuters
Britaniya höküməti GCHQ kəşfiyyat xidməti tərəfindən Google, Facebook və internet poçtu xidmətlərinin Britaniyaya aid lan hissəsinin izlənməsinin qanuni olduğunu və bunun üçün məhkəmə qərarına ehtiyacın olmadığını bildirib.
Kəşfiyyat rəisi Charles Farr-ın sözlərinə görə, adı çəkilən şəbəkələrdə britaniyalıların fəaliyyəti "xarici əlaqələr" sayılır və bu səbəbdən həmin əlaqələrə və fəaliyyətə müdaxilə oluna bilər, adı çəkilən sosial şəbəkələr müəyyən şəraitdə izlənilə bilər və "heç bir əlavə icazə alınmasına ehtiyac yoxdur".
Bu praktikanın mövcudluğu Privacy International (PI) şirkətilə məhkəmə çəkişməsi zamanı aşkar olunub.
PI bu qaydanı vətəndaşların hökümət tərəfindən izlənilməsi praktikasının "ört-basdır" edilməsi siyasəti kimi qiymətləndirib.
ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden bütün dünya boyu vətəndaşların telefon danışıqlarının və internet aktivliyinin hökümətlər tərəfindən izlənməsini ifşa edəndən sonra ilk dəfədir ki Britaniya höküməti bu sahədə mövcud praktika və qanunvericiliyə dair şərh verib.
Edward Snowden ifşaedici açıqlamalar edəndən sonra ABŞ-dan qaçaraq Rusiyada müvvəqqəti sığınacaq alıb.
Britaniya Təhlükəszilik və Antiterror İdarəsinin Baş direktoru Charles Farr-ın təbirincə PI və Facebook, Twitter, YouTube və Google-da sorğular, Hotmail və Yahoo kimi internet poçt xidmətləri kəşfiyyatçılar tərəfindən "xariclə əlaqələr" kimi qiymətləndirilir, və bu səbəbdən həmin fəaliyyətə əlavə məhkəmə icazəsi olmadan müdaxilə edilə bilər.
Vətəndaşlar arasında ölkədaxili ünsiyyət növlərinə isə kəşfiyyat tərəfindən yalnız məhkəmə icazəsi olmaq şərtilə müdaxilə oluna bilər.
Həmin qərar nazir tərəfindən imzalanmalıdr və bu cür sanksiya yalnız qanunsuz fəaliyyətə dair şübhə olduğu vaxt tərtib oluna bilər.
Charles Farr-ın sözlərin görə, Google-da axtarış edən zaman, və ya Facebook-da status dərc edən zaman bunu edən şəxs xaricə məlumat ötürmüş olur, bu növ fəaliyyət isə xariclə əlaqə qurmaq kimi qiymətləndirilərək əlavə icazə olmadan izlənilə bilər.
Bu açlıqlama Britaniya insan haqlarının müdafiəsilə məşğul olan qrup və təşkilatların qəzəbinə və tənqidinə səbəb olub.























