İran: "13 yaşlı qızların evlilik tətbiqinə girişi qanunidir”
İran: "13 yaşlı qızların evlilik tətbiqinə girişi qanunidir”
Çap edildi
İranın İdman və Gənclik Nazirliyi uşaq evliliklərinə şərait yaratdığı üçün “Adəm və Həvva” adlı tanışlıq tətbiqinin Google və Meta platformalarından silinməsinə münasibət bildirib.
Nazirliyin baş müdirlərindən Bəhmən Əbdinin dediyinə görə, “Adəm və Həvva” proqramı İran İslam Cümhuriyyətinin qanun və qaydalarını pozmayıb. Əbdi İranda 13 yaşını doldurmuş qızların qanuni olaraq evlənə bildiyini xatırladıb, ailələrinin razılığı ilə bu cür proqramlardan istifadə etməyin qanunsuz sayılmadığını bildirib.
Bu tətbiq ətrafında yaranan mübahisələr İranda uşaq evliliyi böhranını yenidən gündəmə gətirib.



