Suriyalı qaçqının hekayəsi: “Mənim ailəm boğuldu"
Çap edildi
Özünü İslam Dövləti adlandıran qruplaşmanın nəzarətindəki ərazilərdən qaçan suriyalıların müəyyən hissəsi Avropaya üz tutur.
Ötən həftə Egey dənizində qaçqınları daşıyan gəmilərdən birinin batması nəticəsində göyərtədə olan 7 uşaqdan ibarət ailə və onların anası boğularaq ölüb.
BBC-nin Türkiyədəki müxbiri Mark Lowen-in məlumatı.