Moskvada Qələbə günü qeyd olunub

Nasist Almaniyası üzərində qələbənin 68 illiyi münasibətilə Moskvada, Qızıl Meydanda hərbi parad keçirilib.

"Biz Rusiyanın, Sovet İttifaqının faşistlərin dünyaya hakim olmasına imkan vermədiyini hər zaman xatırlayacağıq", Rusiya prezidenti Vladimir Putin hərbi paradda etdiyi çıxışında deyib.