57 ukraynalı həlak olub, 169 nəfər yaralı var

Şəklin mənbəyi, Getty Images
Rusiyanın hərbi müdaxiləsi nəticəsində 57 ukraynalı həlak olub, 169 nəfər yaralanıb, Ukraynanın səhiyyə naziri təsdiqləyib.
İnterfaks-Ukrayna xəbər agentliyi xəbər verir ki, Viktor Lyaşko ölkənin səhiyyə sisteminin hazırda stabil olduğunu bildirib. Bununla belə, ambulator yardım ala bilən insanlara xəstəxana çarpayılarını boşaltmaq tövsiyə olunub.



















