Facebook şəbəkəsində keçirilmiş gizli araşdırma istifadəçiləri narahat edib

Facebook
Şəklin alt yazısı, Facebook gizli psixoloji təcrübələri istifadəçilərin narahtlığına səbəb olub.
Çap edildi

Facebook şəbəkəsində keçirilmiş və istifadəçilərin emosional durumu ilə manipulyasını nəzərdə tutan araşdırma sosial şəbəkənin sərt tənqid edilməsinə səbəb olub.

Facebook təxminən 700,000 istifadəçi üzərində onların xəbəri olmadan psixoloji test keçirib.

Həmin test zamanı Facebook xəbər lentində yerləşdirilən məlumatların yerini dəyişib ki, istifadəçilərin həmin xəbərlərin məzmunundan asılı olaraq emosional durumunun necə dəyişdiyini müəyyən etsin.

Tədqiqat aşkar edib ki, xəbər fidində mənfi xəbərlər çox olanlar mənfi statuslar yazmağa meylli olub.

Tədqiqat işini Facebook heyəti ABŞ universitetlərilə birgə aparıb.

Keçirilmiş araşdırma ilə bağlı yaydığı məlumatda Facebook istifadəçilərdən yalnız aparılmış təcrübə üçün gərəkli olan informasiyadan istifadə olunduğunu qeyd edib.

Sosial şəbəkə əlavə edib ki, təcrübə keçirldiyi zaman istifadəçilərin şəxsi məlumatlarından istifadə olunmayıb.

Facebook şirkətinin təşkil etdiyi tədqiqat işində Cornell Universiteti və ABŞ-ın San and the at San Francisco şəhərindəki University of Kaliforniya Universiteti də iştirak ediblər.

Manipulyasiya

Lakin tədqiqatın aparılması üsulu və nəticələri sual və tənqid doğurub.

İstifadəçilərin bir qismi Facebook tərəfindən etik qaydaların pozulduğunu, istifadəçilərin emosiyaları ilə "oynadıldığını" qeyd edərək şəbəkə rəhbərliyini tənqid atəşinə tutublar.

Bu arada Britaniya parlamentin Leyborist partiyasının olan üzvü Jim Sheridan höküməti məsələni araşdırmağa çağırıb.

Onun təbirincə, bu məsələ qanunvericiliyə müvafiq düzəlişlərin edilməsini tələb edir.

“Onlar insanların şəxsi həyatına aid məlumatlarla manipulyasiya ediblər. Facebook və digər social şəbəkələrin insanların fikirlərinə, emosional durumuna, qəbul etdiyi qərarlara təsir etmək imkanları narahat doğurur", Jim Sheridan deyib.

"Əgər insanlara bu yolla gizli təsir göstərilirsə, onlar ən azı bu barədə xəbərdar olmalı və müdafiə edilməlidirlər", deputat vurğulayıb..

'Üzr istəyirik'

Tədqaiat 689,000 Facebook istifadəçisi üzərində 2012-ci ildə 1 həftə ərzində aparılıb.

Tədqiqatın nəticələrilə bağlı məlumatda təcrübə zamanı istifadəçilərin xəbər lentində yerləşdirilən məlumatlardan asılı olaraq emosional durumunun təhlil edildiyi qeyd olunub.

Araşdırma nəticəsində məyusedici xəbərlərin istifadəçilərdə mənfi emosiya və məyusluq yaratdığı, nikbin, pozitiv səciyyəli xəbərlərin isə əks effekt yaratdığı və müvafiq əhval-ruhiyyənin həmin istifadəçilərin statuslarında da öz əksini tapdığı müəyyıən edilib.

Aparılmış araşdırma müəlliflərindən biri, Facebook rəsmisi Adam Kramer, etiraf edib ki, şəbəkə istifadəçiləri üzərində keçirilmiş psixoloji təcrübənin məqsədi və üsulları barədə aydın məlumat verilməyib.

"İnsanların niyə narahat olduğunu başa düşərək, mən və həmkarlarım araıdırmada istifadə edilən üsullara və bunun nəticəsində yaranmış narahatlıq hissinə görə üzr istəyirik”, Adam Kramer bildirib.