Netanyahu İran müharibəsi zamanı gizlicə BƏƏ-yə gedib?
İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibə zamanı gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə getdiyini deyib.
O, səfər zamanı Prezident Şeyx Məhəmməd bin Zayedlə də görüşdüyünü açıqlayıb.
Lakin Birləşmiş Ərəb Əmirlikləri bu iddiaları təkzib edib.
Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, bu məlumatlar "tamamilə əsassızdır".
Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətləri yalnız açıq və rəsmi razılaşmalar – İbrahim sazişləri çərçivəsində qurur,- nazirlik vurğulayıb.
İran isə bu məsələyə sərt reaksiya verib. Xarici işlər naziri Abbas Əraqçı İsraillə əməkdaşlığı "bağışlanmaz" adlandırıb və belə addımların cavabsız qalmayacağını bildirib.
Reuters agentliyinin mənbəsinə görə, iddia olunan görüş Oman sərhədi yaxınlığındakı Əl-Ayn şəhərində baş tutub və bir neçə saat davam edib.
İsrail və Birləşmiş Ştatların İranla müharibəsi zamanı Birləşmiş Ərəb Əmirlikləri də raket və dron zərbələrinə məruz qalıb.



