Urmiya gölünün duz çöküntülərində qalan qutanlar xilas edilib
Urmiya gölünün duz çöküntülərində qalan qutanlar xilas edilib
Çap edildi
Urmiya gölündə bədən və qanadlarına duz çökdüyü üçün hərəkət və uçmaqda çətinlik çəkən qutanlar, pelikanlar ətraf mühit, yəni mohiti-zist əməkdaşları tərəfindən qurtarılıb.
Son görüntülərə görə iki ağ pelikan Urmiyə gölü ərazisində görüldükdən sonra Qərbi Azərbaycan Ətraf Mühitin Hifazət İdarəsinə aparılıb.
Pelikanların tükləri üzərindəki duz çöküntüləri yuyularaq təmizlənib. Sağlamlıq vəziyyətləri yoxlanıldıqdan sonra quşlar şirin sulu Gölmərz bataqlığında təbiətə buraxılıb.
Müraciətiniz, şikayət və ya təklifiniz varsa, bizə WhatsApp-da yazın: +44 330 678 3575



