Azərbaycanda ''hicab qadağası''na etirazlarla bağlı videolar yayılıb
Azərbaycanda ''hicab qadağası''na etirazlarla bağlı videolar yayılıb
Çap edildi
Azərbaycanda məktəblərdə hicabla bağlı müzakirələrin davam etdiyi bir vaxtda sosial şəbəkələrdə bu mövzu ilə əlaqəli videolar yayılıb.
Bakıdakı məktəblərdən birində çəkildiyi iddia olunan videoda çoxlu şagirdin məktəb yaxınlığında etiraz etdiyi görününr.
Bildirilir ki, şagirdlər məktəblərdə hicabın qadağan olunmasına etiraz edirlər.
Şagirdlərin əlində üzərində "Hicab təhsilə əngəl deyil" şüarı yazılmış plakat görünür.
Başqa bir videoda isə hicablı müəllimənin ətrafına toplaşan şagirdlər görünür.
Bundan başqa, sosial şəbəkələrdə Azərbaycanın müxtəlif bölgələrindən başıörtülü şagirdlərin dərsə buraxılmaması ilə bağlı videolar yayılıb.
Bir müəllimə də başıörtülü olduğu üçün ona dərsə gələ bilməyəcəyinin deyildiyini bildirib.



