Türkiyə Ermənistanla sərhədi açmaq istəyir, amma Azərbaycan qoymur?

Videonun alt yazısı, Türkiyə Ermənistanla sərhədi açmaq istəyir, amma Azərbaycan qoymur?
Türkiyə Ermənistanla sərhədi açmaq istəyir, amma Azərbaycan qoymur?
Çap edildi

Türkiyə-Ermənistan sərhədi açılacaq, amma Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra.

Bunu Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin "Cumhuriyet" qəzetinə deyib.

Qəzet yazıb ki, iddialara görə, Türkiyə Ermənistanla sərhədi açmaq istəyir, lakin Azərbaycan buna qarşıdır.

Rəşad Məmmədov deyib ki, Azərbaycan Türkiyə ilə siyasətini uzlaşdırır. Yəni, hər iki ölkə Ermənistanla normallaşdırılma prosesini paralel şəkildə aparır.

Səfir onu da deyib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var və əvvəlcə bu iddia aradan qaldırılmalıdır.

Onun gözləntisinə görə, 7 iyun parlament seçkilərindən sonra refendum keçiriləcək və konstitsiyaya dəyişiklik ediləcək.

Rəşad Məmmədov deyib ki, bundan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq.

Daha sonra isə Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq, səfir deyib.

Türkiyə ilə Ermənistan arasında hazırda istifadəsiz qalan iki əsas sərhəd-keçid məntəqəsi var: İğdır vilayətində Alican və Qars vilayətində Akyaka.

Qarabağ münaqişəsinə görə, 1993-cü ildə Türkiyə Azərbaycana dəstək olaraq, Ermənistanla sərhədini bağlayıb.