Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başlayır

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başlayır

Şəklin mənbəyi, UN-Habitat/Jessica Jones-Langley

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Bakıda mayın 17-dən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyası başlayır.

Forumda beş gün müddətinə aparılacaq müzakirələr Bakı Fəaliyyətə Çağırış adlı sənədin formalaşdırılmasına kömək etməlidir.

Bu sənəddə dünyanın hər yerində şəhərlərdə artan mənzil qiymətləri, iqlim təzyiqləri və dərinləşən bərabərsizlik dövründə diqqəti mənzil və davamlı şəhər inkişafına yönəldir.

Mayın 17-də Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilib, Azərtac xəbər verir.

Tədbir çərçivəsində WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə deyib ki, Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib, qalan 11-nin Baş planı isə hazırlanmaqdadır.

Anar Quliyev bildirib ki, Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldığı vaxtdan bəri 12 mindən çox ailə mənzillə təmin olunub.

Onun sözlərinə görə, son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil təminatı layihələrinə təxminən 14,7 milyard dollar həcmində investisiya yatırılıb, iki ilə bu rəqəmin 18 milyard dollara çatacağı gözlənilir.