Təbriz “dilənçisiz şəhər” statusunu qorumağa çalışır
Təbriz “dilənçisiz şəhər” statusunu qorumağa çalışır
Çap edildi
Son iki ay ərzində rəsmi qurumlarla əməkdaşlıq çərçivəsində Təbrizdə 190 dilənçi yığışdırılıb.
Şəhərin əsas qəbiristanlığı olan Rəhmət Vadisindən 46 nəfər toplanıb. Toplantıda Şərqi Azərbaycan valisi Təbrizin “dilənçisiz şəhər” adı ilə tanınmasında xeyriyyəçilərin tarixi rolunu yüksək qiymətləndirib.
O bu statusun qorunmasının əhəmiyyətini vurğulayıb.
Ancaq bu şöhrəti qorumaq ağır iqtisadi vəziyyət, görünməmiş bahalaşma və dilənçi çətələrinin fəaliyyəti üzündən olduqca çətinləşib.



