Ukraynadan sonra çexlər də Azərbaycanla hərbi əməkdaşlıq axtarır
Ukraynadan sonra çexlər də Azərbaycanla hərbi əməkdaşlıq axtarır
Bu aralar hamı Azərbaycanla hərbi əməkdaşlıq qurmaq istəyir. Ukraynadan sonra Çexiya da Azərbaycana maraq göstərib.
Bu ölkənin müdafiə şirkəti CSG Azərbaycanla birgə hərbi müəssisə yaratdığını açıqlayıb.
Şirkət aprelin 27-də bildirib ki, birgə müəssisə Azərbaycanda zirehli texnikanın və digər quru hərbi avadanlıqların təmiri, xidməti və modernləşdirilməsini hıyata keçirəcək.
CSG birgə müəssisənin qurulması üçün artıq müqavilə imzalandığını bəyan edib.



