Bakıda mənzil və kirayə qiymətlərinin artdığı deyilir

Videonun alt yazısı, Bakıda mənzil və kirayə qiymətlərinin artdığı deyilir
Bakıda mənzil və kirayə qiymətlərinin artdığı deyilir

Bakıda mənzillərin satış və kirayə qiymətlərində son 3 ayda 5.5 faizə yaxın bahalaşma müşahidə edilib, - Azərbaycan Qiymətləndiricilər Palatasından BBC Azərbaycancaya bildirilib.

Müxtəlif sosial media istifadəçiləri də son bir neçə ay ərzində mənzil və kirayə qiymətlərinin artdığını yazaraq öz müşahidələrini bölüşüblər.